Planetlərarası mühit

Günəş işıqla yanaşı plazma adlanan yüklü zərrəciklərdən ibarət olan Günəş küləyini ətrafayayır. Bu zərrəcik axımı təqribən saatda 1,5 mln. kilometr sürətə sahibdir. Bu Günəş sistemi içində təqribən 100 AV genişliyində olan seyrək bir atmosferin yaranmasına səbəb olur. Buna həm də planetlərarası mühit deyilir. Günəşin 11 illik tsikli, tez-tez baş verən Günəş partlayışları və koronal kütlə atılması planetlərarası mühiti qarışdıraraq burada bir hava vəziyyəti meydana gətirir.Günəşin dönən maqnit sahəsi planetlərarası mühitə təsir göstərərək Günəş sistemindəki ən böyük quruluş olan Heliosferik axın laylarını meydana gətirir.Yer maqnetizmi atmosferi Günəş küləyinin təsirlərindən qoruyur. Venera və Marsın bu cür maqnetizmdən məhrum olması, onların atmosferlərinin böyük bir hissəsinin yoxa çıxmasına səbəb olmuşdur. Günəş küləklərinin Yer maqnetizminə təsiri nəticəsində Yerin maqnit qütblərinə yaxın olan ərazilərində qütb parıltısı meydana gəlir. Günəşin maqnetizmi Günəş sistemini kosmik şüalanmalardan qismən qoruyur. Bundan başqa maqnit sahəsinə sahib olan planetlər də, özünü bu şüalanmalardan qoruyur. Ulduzlararası mühitdə olan şüaların sıxlığı və Günəşin maqnit sahəsinin qüvvəsi çox uzun müddətlər ərzində fərqli göstəricilərə sahib olur. Bu səbəbdən də Günəş sistemi içindəki kosmik şüalanmaların səviyyəsi müxtəlif dövrlərdə fərqli olur, ancaq bu fərqin nə qədər olduğu bilinmir.Planetlərarası mühitdə ən azı iki disk tipli kosmik toz bölgəsi vardır. Birincisi Daxili Günəş sistemində yerləşən və Zodiak işıqlarına səbəb olan Zodiak toz bulududur.Böyük ehtimalla planetlərarası təsir səbəbindən Asteroid qurşağında baş verən toqquşmalar nəticəsində meydana gəlmişdir.İkincisi isə 10-40 AV uzaqlıqda yerləşir. Bunun da Koyper qurşağında baş verən oxşar toqquşmalar nəticəsində meydana gəldiyi düşünülür.

Yerin orbitindən çəkilən Qütb parıltısı.